Teymur Rəcəbov 2747 xalla 11-cidir. 14-cü sırada qərarlaşan Şəhriyar Məmmədyarov ondan 7 xal geri qalır. Yığmamızın liderləri mövqelərini qoruyub.

FİDE şahmatçıların yeni reytinq siyahısını açıqlayıb. Matc.az xəbər verir ki, kişilərin cədvəlində Azərbaycanın 4 şahmatçısı yer alıb.
 
Teymur Rəcəbov 2747 xalla 11-cidir. 14-cü sırada qərarlaşan Şəhriyar Məmmədyarov ondan 7 xal geri qalır. Yığmamızın liderləri mövqelərini qoruyub.
 
2661 xala malik Qədir Hüseynov 2 pillə irəliləyərək 84-cü yerə yüksəlib. Hələ də Azərbaycanın adından çıxarılmayan Arkadi Naydiç dünyanın 89-cusudur (2651).
 
ötən ay cədvəldə olan Rauf Məmmədov və Nicat Abbasov "Top-100"-ü tərk edib. Siyahıya norveçli Maqnus Karlsen başçılıq edir – 2859.
 
Qadın şahmatçılar arasında ən yüksək pillədə olan Günay Məmmədzadə (2472) 21-ci, ülviyyə Fətəliyeva (2428) 38-ci, Gövhər Beydullayeva (2387) 63-cüdür. Hər üç təmsilçimiz bir pillə geriləyib. Hərəyə iki pillə yüksələn Xanım Balacayeva (2379) 71-ci, Gülnar Məmmədova isə (2376) 76-cıdır. Qadınların siyahısına çinli Yifen Hou başçılıq edir – 2638 xal.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest