Bu gün "Şüa" İdman Kompleksində yeniyetmə və gənc stolüstü tennisçilərin ölkə kubokuna start verilib. Matc.az xəbər verir ki, açılış mərasimində çıxış edən Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Elmar İslam iştirakçılara uğurlar arzulayıb.
 
Federasiya rəsmisi bu cür yarışların stolüstü tennisin inkişafında mühüm rol oynadığını vurğulayıb.
 
Azərbaycan Respublikası Gənclər və ldman Nazirliyi ilə Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkil etdiyi yarışda paytaxt idmançıları ilə yanaşı, ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən idman cəmiyyətləri, klublar və Uşaq Gənclər İdman Məktəblərinin tennisçiləri mübarizə aparırlar. Dekabrın 4-də yekun vurulacaq yarışın təşkilində əsas məqsəd ölkədə bu idman növünün kütləviliyini artırmaq və inkişaf etdirməklə yanaşı, tennisçilərin idman ustalığını yüksəltməkdir.
 
Fərqlənən idmançılar AGİN-nin diplomları və ASTF-nin qiymətli hədiyyələri ilə təltif olunacaqlar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest