Misli Premyer Liqasında XVI turun oyunları keçirilir. Matc.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutub.

Əvvəlcə “Qəbələ” doğma meydanda “Səbail”lə münasibətlərinə aydınlıq gətirib. Üç qolun qeydə alındığı bu oyunda meydan sahibləri əzmkar qələbəyə seviniblər. Günün digər matçı isə “Sabah”la “Şamaxı” arasında baş tutub. Bu matçda meydan sahibləri erkən qolla önə keçsələr də, yekunda qonaqlar məğlubiyyətdən xilas ola biliblər.

Xatırladaq ki, ilk oyun günündə “Qarabağ” səfərdə “Neftçi”yə 4:0 hesabıyla qalib gəlib. “Kəpəz” – “Sumqayıt” və “Zirə”– “Turan Tovuz” görüşləri isə sabah keçiriləcək.

Misli Premyer Liqası
XVI tur
3 dekabr

“Qəbələ” – “Səbail” 2:1
Qol: F.A.Akal, 35. Ü.İsgəndərov, 63 - K.Luvaqa, 4.
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Rahil Ramazanov, Səbuhi Bayramov.
Qəbələ şəhər stadionu, 14:30.

Qəbələ: 1. Səlahət Ağayev, 11. Asif Məmmədov (k), 2. İlkin Qırtımov, 27. Məqsəd İsayev, 28. Murad Musayev, 7. Rövlan Muradov, 91. Ramon Maçado, 4. Ruan Renato, 5. İsnik Alimi, 97. Felipe Santos, 6. Feras Abu Akal.
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 34. Ürfan Abbasov, 14. Ülvi İsgəndərov, 33. Hüseyn Mürsəlov, 77. Emil Səfərov, 18. Mehrac Baxşalı, 10. Omar Hani, 8. Andrey Strijak.
Baş məşqçi: Elmar Baxşıyev.
Səbail: 1. Emil Balayev, 14. Rahid Əmirquliyev (k), 10. Ağabala Ramazanov, 6. Cabir Əmirli, 17. Rafael Məhərrəmli, 55. Nihad Qurbanlı, 77. Ədilxan Qarəhmədov, 30. Franko Mazurek, 21. Kizito Luvaqa, 5. Petro Stasyuk, 20. Fakundo Kardozo.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 25. Sadiq Məmmədzadə, 15. Vüqar Həsənov, 7. Ruslan Hacıyev, 3. Turan Manafov, 8. Elmir Tağıyev, 22. Samir Abdullayev, 18. Vüsal Qənbərov, 4. Maksim Çex.
Baş məşqçi: Mahmud Qurbanov.

“Sabah” – “Şamaxı” 1:1
Qol: K.Sebalyos, 2 - F.Bayramov, 88.
Qırmızı vərəqə: K.Sebalyos, 25 - E.Mustafayev, 75.
Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Cəmil Quliyev, Kamranbəy Rəhimov.
“Bank Respublika Arena”, 17:00.

Sabah: 12. Yusif İmanov, 4. Elvin Camalov (k), 10. Aleksey İsayev, 2. Amin Seydiyev, 13. Abdulaye Ba, 11. Kristian Sebalyos, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 18. Davit Volkov, 19. Con İrasabal, 8. Aleksey Kaşuk.
Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 16. Rustəm Samiqullin, 14. Bəxtiyar Həsənalızadə, 77. Namik Ələskərov, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 29. Ceyhun Nuriyev, 21. İldar Ələkbərov, 6. Abdulax Xaybulayev, 33. Camal Cəfərov, 15. Kristian da Silva, 99. Emmanuel Apeh.
Baş məşqçi: Murad Musayev.
Şamaxı: 1. Rəşad Əzizli (k), 16. Fuad Bayramov, 70. Bahadur Həziyev, 5. Rəhman Daşdəmirov, 2. Rauf Hüseynli, 11. Kamran Quliyev, 22. Elçin Mustafayev, 4. Arsen Ağcabəyov, 83. Nihad Quliyev, 18. Cəlal Hüseynov, 23. Rövşən Şahmuradov.
Ehtiyat oyunçular: 12. Əkpər Vəliyev, 99. Sahib Həsənov, 88. Bəhruz Teymurov, 8. Kamal Mirzəyev, 27. İbrahim Aslanlı, 7. Asim Əlizadə, 14. Uğur Cahangirov, 30. Mirəli Əhmədov, 21. Qurban Səfərov, 79. Emil Qasımov.
Baş məşqçi: Vüqar Əsgərli.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest