Fransa Liqa1-nin XXVII turunda rekord qeydə alınıb. Matc.az saytı xəbər verir ki, PSJ növbəti qələbə ilə buna nail olub.

Autsayderlər qrupunda qərarlaşan "Kan"ı 2:1 hesabı ilə məğlub edən Paris təmsilçisi 26 oyunda (1 görüşü təxirə salınıb) 71 xal qazanıb. Bu isə Fransa çempionatları tarixində ən yaxşı göstəricidi. İndiyə qədər heç bir komanda ilk 26 matçda 71 xal toplaya bilməmişdi.

Qeyd edək ki, PSJ bu mövsüm 23 qələbə qazanıb, 2 dəfə heç-heçə edib və passivində cəmi 1 məğlubiyyət var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest