İngiltərə Premyer Liqasının XXIX turunda "Bornmut"un qonağı olan "Mançester Siti" 3 xalı 1 qolla qazanıb. Matc.az saytı xəbər verir ki, yeganə topa 55-ci dəqiqədə Riyad Mahrez imza atıb.

Həmin qolun məhsuldar ötürməsini verən yarımmüdafiəçi David Silva Premyer Liqada assistlərinin sayını 80-ə çatdırıb. Bununla 33 yaşlı oyunçu "Mançester Yunayted"in əfsanəsi olan Devid Bekhemi yaxalayıb. Hazırda onlar 80 assistlə 8-ci yeri bölüşürlər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest