12 Dekabr 2022, 11:15
DÇ-2026
FİFA Niderland - Argentina matçının ardından baş verənlərə görə Argentina Futbol Assosiasiyasına, Lionel Messi və Emiliano Martinesə qarşı iş açıb.
Dç-2022-nin 1/4 final mərhələsinin Niderland – Argentina oyununun baş hakimi Mateus Laos üçün mundial bitib. Matc.az xəbər verir ki, buna əsas vaxtı 2:2 hesabıyla bitən və Argentinanın penaltilər seriyasında (4:3) qalib gəldiyi matçda ispaniyalı ədalət təmsilçisinin zəif idarəçiliyi səbəb olub.
Matçda 17 dəfə sarı vərəqəyə əl atan Laos futbolçular arasındakı gərginliyə yol açdığı üçün FİFA Hakimlər Komitəsi ona yarımfinalda, 3-cü yer uğrunda matçda və final oyununda təyinat verməmək qərarını verib.
FİFA Niderland – Argentina matçının ardından baş verənlərə görə Argentina Futbol Assosiasiyasına, Lionel Messi və Emiliano Martinesə qarşı iş açıb.