16 Dekabr 2022, 15:53
DİGƏR
Turnirdə 7 ölkə - Azərbaycan, ABŞ, Çin, Hindistan, Özbəkistan, Rumıniya və İspaniyadan 10 şahmatçı mübarizə aparacaq.
42-ci ümumdünya Şahmat Olimpiadasının qalibi Samuel Şenklend dekabrın 17-24-də Bakıda təşkil olunacaq "Vüqar Həşimov Memorial - 2022"də iştirak edəcək. Matc.az xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, Şenklend bunun üçün artıq Bakıya gəlib.
Turnirdə 7 ölkə – Azərbaycan, ABŞ, çin, Hindistan, özbəkistan, Rumıniya və İspaniyadan 10 şahmatçı mübarizə aparacaq.
42-ci ümumdünya Şahmat Olimpiadasına 2016-cı ildə Bakı ev sahibliyi edib.