03 Mart 2019, 19:35
FUTBOL
19 yaşadək qızlardan ibarət Azərbaycan yığması Rusiyanın Soçi şəhərində təşkil edilən "Kuban baharı" turnirində çıxışını davam etdirir. Matc.az saytının məlumatına görə, millimiz turnirdə növbəti oyununu keçirib.
Belarusdan olan həmyaşıları ilə qarşılaşan futbolçularımız 1:2 hesabı ilə məğlub olub.
Yığmamızın heyətində Ayşən Əhmədova fərqlənib.
Qeyd edək ki, U-19 turnir çərçivəsində son oyununu martın 5-də İran yığmasına qarşı keçirəcək.