"Qələbəyə layiq oynadıq. Mövsümün ən yaxşı matçlarından birini keçirdik. Diqqət, köklənmə - hər şey vardı. Bu, çıxışımıza müsbət təsir göstərdi. Ona görə də qələbə qazandıq". Matc.az saytının məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu deyib.
Topaz Premyer Liqasının XIX turunda "Keşlə"ni səfərdə 1:0 hesabı ilə məğlub etdikləri oyunda sonra açıqlama verən ispaniyalı yarımmüdafiəçi qarşılaşmanı şərh edib.
Dani matçın baş tutduğu "ASK Arena"nın süni ot örtüyündən şikayətlənib: "Yüskək liqalarda bu səviyyəli stadionlarda oynamağa necə icazə verildiyini başa düşmürəm. Biri var süni meydança, biri də var son nəsil süni meydança. özümü belə meydanlarda rahat hiss etmirəm. Fiziki yox, psixoloji məsələdir. Bunun öhdəsindən gəlməyə çalışıram".
Futbolçu 41 xalla liderliyi bölüşdükləri "Neftçi"nin yox, öz oyunlarını düşündüklərini vurğulayıb: "öz aramızda dəfələrlə danışmışıq ki, başqalarının oyunlarına diqqət yetirməyək. öz çıxışımıza köklənirik. "Neftçi" udur, yoxsa uduzur – bunun bizim köklənməyimizə dəxli yoxdur. çempion olmasaq, böyük məyusluq yaşaycağıq. çünki mövsüm ərzində əziyyət çəkirik. Hər il avrokuboklarda oynayırıq. Orada çıxışı başa vurmağımızın iddialarımıza dəxli yoxdur. çempionluq üçün komandamızda yetərli potensial görürəm".