Ukrayna Premyer Liqasında XX tura yekun vurulub. Matc.az saytının məlumatına görə, milli komandamızın üzvü Pavel Paşayevin formasını geyindiyi "Aleksandriya" da növbəti matçını keçirib.

Sözügedən komanda doğma meydanda "Mariupol"u qəbul edib. Oyunda qalib müəyyənləşməyib – 1:1.

Matça start heyətində başlayan Paşayev 90 dəqiqə meydanda olub.

Qeyd edək ki, 20 oyundan sonra aktivində 37 xal olan "Aleksandriya" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest