Bu gün – dekabrın 20-də Argentinada istirahət günü elan edilib. Matc.az xəbər verir ki, yerli hökumət milli komandanın Dç-2022-ni qazandığı üçün bu addımı atıb.
 
Sakinlərin komanda üzvləri ilə görüşüb qələbəni qeyd etmələri üçün şərait yaradılıb. Bakı vaxtı ilə saat 07:00-da paytaxt Buenos Ayresdə yığmanın paradı başlayıb. Hazırda ölkədə səhər saatları olmasına baxmayaraq, küçələri dolduran on minlərlə azarkeş mundialın qaliblərini salamlayıb.
 
Yığma üzvləri xüsusi avtobusla paytaxt küçələrini dolaşaraq, dünya kubokunu nümayiş etdirirlər.
 
Xatırladaq ki, Argentina millisi Dç-2022-nin finalında Fransanı penaltilər seriyasında məğlub edərək (3:3, penaltilər – 4:2), tarixində üçüncü dəfə dünya çempionatının qalibi olub. Cənubi Amerika təmsilçisi 1978 və 1986-cı illərdə də dünyanın ən güclü komandası adını qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest