23 Dekabr 2022, 09:58
DİGƏR
Bakıda keçirilən "Vüqar Həşimov Memorialı-2022" beynəlxalq şahmat turnirinə bu gün yekun vurulacaq. Matc.az xəbər verir ki, sonuncu yarış günündə blits növündə 9 tur oynanılacaq və qalib müəyyənləşəcək.
Hazırda özbəkistanlı Nodirbek Abdusattorov 20 xalla turnir cədvəlində liderliyini davam etdirir.
İspaniya təmsilçisi Fransisko Valyexo Pons 16,5 xalla ikinci pillədə qərarlaşıb.
Şəhriyar Məmmədyarov, Rauf Məmmədov 15 xalla 3-4-cü, Rumıniya təmsilçisi Riçard Rapport, çinli Van Hao 14 xalla 5-6-cı pilləni bölüşürlər.
Hesabında 12,5 xal olan ABŞ idmançısı Semuel Şenklend 7-ci yerdədir.
Abdulla Qədimbəyli 10 xalla səkkizincidir. Aydın Süleymanlı və hindistanlı Qukeş Dommaraku 9 xalla 9-10-cu pillədə qərarlaşıblar.
Xatırladaq ki, memorial qalibi rapid və blits yarışlarının yekun nəticələrinə görə müəyyənləşəcək.