Qadınların yarışında isə həmyerlilərimizdən Günay Məmmədzadə, Xanım Balacayeva, Göhvər Beydullayeva və Ləman Hacıyeva mübarizə aparacaq.

Sabah Qazaxıstanda beynəlxalq şahmat turniri start götürəcək. Matc.az xəbər verir ki, Almatı şəhərində Rapid və Blits üzrə dünya çempionatı keçiriləcək.

Təxminən 280 şahmatçının mübarizə aparacağı yarışda dünyanın ən güclü qrossmeysterlərindən Maqnus Karlsen (Norveç), Riçard Rapport (Rumıniya), Hikaru Nakamura (ABŞ), Yan-Kşiştof Duda (Polşa), Maksim Vaşye-Laqrav (Fransa) və həmyerlimiz Şəhriyar Məmmədyarovun da qatılacağı gözlənilir.  Onunla yanaşı, Qədir Hüseynov, Arkadi Naydiç, Rauf Məmmədov, Vasif Durarbəyli, Vüqar Əsədli, Aydın Süleymanl, Abdulla Qədimbəyli də mükafatlar uğrunda qüvvəsini sınayacaq.

Qadınların yarışında isə həmyerlilərimizdən Günay Məmmədzadə, Xanım Balacayeva, Göhvər Beydullayeva və Ləman Hacıyeva mübarizə aparacaq.  

Turnirin ümumi mükafat fondu bir milyon dollardır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest