Azərbaycan şahmatçıları Qazaxıstanın Almatı şəhərində rapid və blits üzrə dünya çempionatında növbəti oyunlarını keçiriblər. Matc.az xəbər verir ki, kişilərin yarışında rapid növündə 6, 7, 8 və 9-cu, qadınların mübarizəsində isə 5, 6, 7 və 8-ci turun görüşləri baş tutub.
 
Azərbaycanı bu turnirdə kişilərin yarışında Şəhriyar Məmmədyarov, Qədir Hüseynov, Rauf Məmmədov, Vasif Durarbəyli, Vüqar Əsədli, Aydın Süleymanlı, Məhəmməd Muradlı və Abdulla Qədimbəyli, qadınlardan isə Günay Məmmədzadə, Gülnar Məmmədova, ülviyyə Fətəliyeva, Xanım Balacayeva, Gövhər Beydullayeva və Ləman Hacıyeva təmsil edirlər.
 
Kişilərdən ibarət yığmanın lideri Məmmədyarov keçirdiyi 4 görüşün hamısında heç-heçə edib. Milli üzvlərindən ən yaxşı nəticəni Rauf Məmmədov və Vüqar Əsədli göstəriblər. Hər iki şahmatçı 2 qələbə, 1 heçə-heçə, 1 məğlubiyyətlə yadda qalıb. Süleymanlı 1 qələbə, 2 heç-heçə, 1 məğlubiyyət, Qədimbəyli 2 qələbə, 2 məğlubiyyət, Durarbəyli ilə Muradlı 1 qələbə, 1 heç-heçə, 2 məğlubiyyətə imza atıb.
 
Məmmədov hazırda 6 xalla 16-cı pillədə qərarlaşıb. Eyni xala malik Məmmədyarov 23-cü, Süleymanlı 5 xalla 63-cü, Əsədli 4.5 xalla 87-ci, Qədimbəyli eyni xalla 100-cü, Durarbəyli 4 xalla 108-ci, Muradlı isə 3.5 xalla 131-ci sıradadır.
 
Qadınların mübarizəsində Fətəliyeva 2 qələbə, 2 məğlubiyyət, Məmmədova ilə Beydullayeva 2 qələbə, 1 heç-heçə, 1 məğlubiyyət, Balacayeva 1 qələbə, 2 heç-heçə, 1 məğlubiyyət, Hacıyeva 1 qələbə, 1 heç-heçə, 2 məğlubiyyət, Məmmədzadə 1 heç-heçə, 3 məğlubiyyətlə yadda qalıb.
 
Qadınlardan aktivində 5 xal olan Məmmədova 18-ci, Balacayeva 20-ci, Fətəliyeva 4.5 xalla 32-ci, Hacıyeva 4 xalla 45-ci, eyni xala malik Məmmədzadə 47-ci, Beydullayeva 52-cidir.
 
Dünya çempionatı dekabrın 30-da başa çatacaq. Mükafat fondu 1 milyon ABŞ dolları olan mundialda 258 qrossmeyster (155 kişi, 103 qadın) mübarizə aparır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest