28 Dekabr 2022, 10:22
DİGƏR
Bu gün Azərbaycan şahmatçıları Qazaxıstanın Almatı şəhərində rapid və blits üzrə dünya çempionatında növbəti oyunlarını keçirəcəklər. Matc.az xəbər verr ki, bu gün rapid növündə qaliblərin adına aydınlıq gələcək.
Kişilərin yarışında 10, 11, 12 və 13-cü turun görüşləri, qadınların mübarizəsində 9, 10 və 11-ci turun qarşılaşmaları baş tutacaq.
Turnirdə Azərbaycanı Şəhriyar Məmmədyarov, Qədir Hüseynov, Rauf Məmmədov, Vasif Durarbəyli, Vüqar Əsədli, Aydın Süleymanlı, Məhəmməd Muradlı və Abdulla Qədimbəyli, Günay Məmmədzadə, Gülnar Məmmədova, ülviyyə Fətəliyeva, Xanım Balacayeva, Gövhər Beydullayeva və Ləman Hacıyeva təmsil edir.
Məmmədov hazırda 6 xalla 16-cı pillədə qərarlaşıb. Eyni xala malik Məmmədyarov 23-cü, Süleymanlı 5 xalla 63-cü, Əsədli 4.5 xalla 87-ci, Qədimbəyli eyni xalla 100-cü, Durarbəyli 4 xalla 108-ci, Muradlı isə 3.5 xalla 131-ci sıradadır.
Qadınlardan aktivində 5 xalı olan Məmmədova 18-ci, Balacayeva 20-ci, Fətəliyeva 4.5 xalla 32-ci, Hacıyeva 4 xalla 45-ci, eyni xala malik Məmmədzadə 47-ci, Beydullayeva 52-cidir.
Dünya çempionatı dekabrın 30-da başa çatacaq. Mükafat fondu 1 milyon ABŞ dolları olan mundialda 258 qrossmeyster (155 kişi, 103 qadın) mübarizə aparır.