Taekvondo üzrə Azərbaycan milli komandasında baş məşqçi dəyişikliyi olub. Matc.az xəbər verir ki, yığmamız cənubi koreyalı Sun Mi Parka həvalə edilib.
 
2014-17-ci illərdə də millinin "sükanı arxasında" olan təcrübəli mütəxəssisin qarşısına gələn il Bakıda keçiriləcək dünya çempionatında uğurlu çıxış, Paris-2024 Yay Olimpiya Oyunlarına maksimum lisenziya qazanmaq və Olimpiadada yaxşı nəticə qazanmaq hədəfi qoyulub. O, həmçinin gənc qız taekvondoçuların inkişafına öz dəstəyini verəcək. 
 
Azərbaycan Olimpiadada yeganə medalı Parkın rəhbərliyi altında qazanıb. Taekvondoçularımız onun məşqçiliyi zamanı qitə çempionatı və Avropa Oyunlarında da mükafata yiyələnib. 
 
Qeyd edək ki, Sun Mi Park bu postda Səbuhi Zülfüqarovu əvəzləyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest