çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşləri çərçivəsində bu həftə keçiriləcək 4 oyunun təyinatları müəyyənləşib. Matc.az saytı xəbər verir ki, UEFA sabah və birigünkü qarşılaşmaların hakimlərini açıqlayıb.

Sabah "Real"la "Ayaks" arasında "Santyaqo Bernabeu"da baş tutacaq görüşü almaniyalı Feliks Brix idarə edəcək. Dortmundda yerli "Borussiya"nın "Tottenhem"lə dueli hollandiyalı Danni Makkelieyə həvalə olunub.

Martın 6-da "Porto" ilə "Roma" üz-üzə gələcək. "Draqao"dakı oyunda ədaləti Cüneyt çakır (Türkiyə) qoruyacaq. Həmin gün PSJ ilə "Mançester Yunayted" arasındakı matçda isə Damir Skomx ina (Sloveniya) fit çalacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest