"Qarabağ" Rusiyanın "Krasnodar" klubuna keçəcəyi gözlənilən Kadi Borgesin əvəzində transfer edəcəyi futbolçunu müəyyənləşdirib. Matc.az xəbər verir ki, Ağdam təmsilçisi müqavilə ilə Donetsk "Şaxtyor"una məxsus olan, hazırda icarə əsasında "Sabah"da forma geyinən Aleksey Kaşuku transfer etmək istəyir.
 
Xatırladaq ki, Kadinin bu qış fasiləsində 5 milyon avro qarşılığında "Krasnodar"a keçməsi gözlənilir. "Qarabağ"ın Kaşukun transferi üçün nə qədər xərcə düşəcəyi bilinmir. Bu, sözügedən klublar arasındakı danışıqlardan asılı olacaq.
 
Aleksey Kaşuk 2022-ci ilin martından "Sabah"da forma geyinir. O, paytaxt klubunda 23 oyuna 10 qol vurub, 6 məhsuldar ötürmə müəllifi olub. 22 yaşlı vinger "Mariupol"da da çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest