Rusiya Premyer Liqasında qış fasiləsindən sonrakı ilk turun simvolik komandası açıqlanıb. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, həmkarlarımız XVIII turun "11-liy"ini müəyyənləşdirib.

"Lokomotiv"lə Moskvadakı qarşılaşmada "Krılya Sovetov"u məğlubiyyətdən xilas edən və komandasına 1 xal qazandıran Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev də heyətdə özünə yer edə bilib. Görüş ərzində 52 faizlik uğurlu reytinqlə Şeydayev turun ən yaxşı iki hücumçusundan biri olub. O, matçda 2 dəfə qapıya zərbə ilə yadda qalıb ki, bunun birində toru silkələyib. Yerli KİV Şeydayevin baş məşqçi Miodraq Bojoviçin ona verdiyi şansdan maksimum yararlandığını vurğulayıb.

Qeyd edək ki, "Lokomotiv" - "Krılya Sovetov" oyunu 2:2 hesabı ilə başa çatıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest