05 Mart 2019, 09:37
FUTBOL
Türkiyə klubu "Ərzurumspor"un yeni baş məşqçisi müəyyənləşib. Matc.az saytı xəbər verir ki, Memet özdiləklə yollarını ayıran Superliqa təmsilçisi yeni çalışdırıcısını açıqlayıb.
Belə ki, ərzurumlular Hamza Hamzaoğlu ilə anlaşıblar. 49 yaşlı mütəxəssislə danışıqlar artıq müsbət nəticələnib və o, bu gün rəsmi müqaviləyə qol çəkəcək. Bununla Hamzaoğlu da Superliqaya qayıtmış olacaq. "Qalatasaray"ın sabiq baş məşqçisinin son iş yeri "Antalyaspor" olub.
Qeyd edək ki, "Ərzurumspor" 24 turdan sonra 22 xalla 17-ci pillədə qərarlaşıb.