"Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən belə şərəfə nail olunmağı sözlərlə təsəvvür etmək mümkün deyil. özümü xoşbəxt hiss edirəm". Bunu matc.az saytına ağırlıqqaldırma üzrə Azərbaycan yığmasının üzvü Dadaş Dadaşbəyli deyib. 
 
Azərbaycan Prezidenti İlham Əliyev 2022-ci ildə yüksək nailiyyətlər qazanmış bir qrup idmançı və idman mütəxəssisinə mənzil verib ki, onların arasında Dadaşbəyli də var. Onun sözlərinə görə, dövlət başçısının bu xüsusi diqqəti və qayğısını daima hiss edirlər: "2003-cü ildən idmançı karyerama başlamışam və artıq 20 ildir var gücümlə çalışır, ölkəmizin bayrağını yüksəltmək, beynəlxalq arenada layiqli təmsil etmək üçün əlimdən gələni edirəm. Dünya və Avropa birincilik və çempionatlarında qələbələr, medallar qazanmışam. çox sevinirəm ki, bu əməyim ən yüksək səviyyədə qiymətləndirilir.  Dövlətimizin başçısının bu xüsusi diqqəti və qayğısını daima hiss edirik. Azərbaycan dünyada bir idman ölkəsi kimi tanınır və bunda prezidentimiz, Cənab İlham Əliyevin rolu danılmazdır. Məhz onun idman sevgisi, idmana olan belə münasibəti sayəsində Azərbaycan idmançıları zirvələri fəth edir, yeni hədəflərə doğru inamla irəliləyirlər".
 
Dadaşbəyli bildirib ki, atlet kimi xalqa, dövlətə xidmət etməkdən məmnundur: "Şəxsimə olan bu diqqəti heç vaxt unutmuram, bundan güc alır, gələcək qələbələrim üçün təkan hesab edirəm. Bu günə qədər qazandığım uğurlarda əməyi olan hər bir kəsə təşəkkür edir, minnətdarlığımı bildirirəm. Həmişə əlimdən gələnin ən yaxşısını etdiyim kimi, bundan sonra ən yaxşısını edəcək, layiqli vətəndaş və layiqli idmançı olmaq üçün çalışacağam".
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest