"Sumqayıt" dövrələrarası fasilədə Diego Kariokanın ardından  daha bir futbolçunun keçidini reallaşdırıb. Matc.az xəbər verir ki, komanda son olaraq Latviyanın "Valmiera" klubunda çıxış etmiş yaponiyalı yarımmüdafiəçi Masaki Murata ilə 1,5 il müddətinə müqavilə imzalayıb.
 
Qeyd edək ki, "Valmiera" ilə ötən mövsüm Latviya çempionu olan Masaki Murata 32 oyunda 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. O, həmçinin UEFA Avropa Konfrans Liqasında keçirdiyi 2 oyunda da bir dəfə fərqlənməyi bacarıb.
 
Turan

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest