"Kəpəz"in futbolçuları Fərid Nəbiyev və İdris İnqilablı Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində Macarıstanın "MTK Budapeşt" komandasına qarşı keçirdikləri yoxlama oyununu şərh ediblər.
 
Matc.az xəbər verir ki, onlar 1:0 hesabıyla qalib gəldikləri matçdan sonra klubun mətbuat xidmətinə açıqlamalarında bunları dilə gətiriblər:
 
Fərid Nəbiyev: "Oyun çox gərgin və maraqlı keçdi. Bu, ilk yoxlama matçımız idi. Düşünürəm ki, ağır məşqlərdən sonra bizim üçün yaxşı bir sınaq oldu. Oyunda çoxlu qol epizodları yaratdıq. Onlardan birini dəyərləndirdik. O biri epizodları dəyərləndirə bilməsək də, əsas odur ki, qol şansları yarada bildik. Bu da bizim üçün müsbət nəticədir. İnşallah, oyundan-oyuna daha da inkişaf edib, Premyer Liqanın matçlarına hazır olarıq".
 
İdris İnqilablı: "Oyun çox yaxşı keçdi. Bu. bizim birinci yoxlama matçımız idi. Komandada bir az yorğunluq var idi. Amma buna baxmayaraq, qələbə qazandıq. Yoxlama matçının əhəmiyyəti çoxdur. İnşallah, Premyer Liqada da bu qələbənin ardını gətirərik. Qarşıda hələ 2 yoxlama matçımız var. ümid edirəm ki, Antalya toplanışını 3 qələbə ilə yekunlaşdırarıq. Komandama uğurlar diləyirəm".
 
Xatırladaq ki, "Kəpəz" Antalyada daha 2 yoxlama matçı keçirəcək. Komanda yanvarın 16-da Serbiya "Novi Pazar"ı, yanvarın 18-də isə Qazaxıstan "Kaysar"ı ilə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest