"Neftçi" Antalyadakı təlim-məşq toplanışı çərçivəsində bu gün növbəti yoxlama oyununa çıxıb. Matc.az xəbər verir ki, paytaxt təmsilçisi ikinci sınağında Polşanın "Medz Leqnisa" klubu ilə qarşılaşıq. 

Bakı vaxtı ilə saat 12:30 startı verilən oyun təmsilçimizin məğlubiyyəti ilə yekunlaşıb. İlk yarıda hesabı açmasına baxmayaraq, ikinci 45 dəqiqədə qapısından 2 top buraxan "Neftçi" meydanı məğlub tərk edib.

Xatırladaq ki, "Neftçi" ilk yoxlama oyununda "Vaşaş"la (Macarıstan) 1:1 hesablı heç-heçə edib. Növbəti qarşılaşma isə 4 gün sonra Serbiyanın "Srvena Zvezda" klubuna qarşı olacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest