"Neftçi" bu gün Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində "Meds Leqnisa" (Polşa) ilə yoxlama oyunu keçirəcək. Matc.az xəbər verir ki, Polşa təmsilçisinin baş məşqçisi Qjeqoj Mokre qarşılaşma öncəsi bakılılar haqda fikirlərini açıqlayıb.

Klubun rəsmi saytına danışan mütəxəssis bildirib ki, "Neftçi" tələbkar rəqibdir:  "Rakuv"la qarşılaşan "Qarabağ"ı izlədik. Həmin oyunda "Rakuv"un qalib gəlməsinə baxmayaraq, "Qarabağ" çox yaxşı görünürdü. "Neftçi" texnikalı oyun təqdim edəcək. Onların çox yaxşı hazırlığa malik futbolçuları var. Bu, müdafiədə oyunumuzu təkmilləşdirməyə imkan verəcək. Biz də müdafiə və keçid oyunu üzərində işləmək istəyirik. Son matç göstərdi ki, əks-hücumlarda təhlükəliyik. Elə iki qolu da bunun sayəsində vurduq. Oyun sistemimizi təkmilləşdirməliyik. Komanda burada özünü yaxşı hiss edir. "Neftçi" ilə matçda bütün futbolçularımıza şərait yaratmağı düşünürəm".

Qeyd edək ki, "Neftçi"nin bu rəqiblə yoxlama oyununa Bakı vaxtı ilə 12:30-da start veriləcək.

Turan

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest