"Bizə sosial media üçün bu lazım deyil. Həqiqətən də ona salam verməyə vaxtım yox idi"

Fransalı futbolçu Kərim Benzema vaxtilə "Real"da komanda yoldaşı olmuş Kriştiano Ronaldo ilə münasibətindən danışıb. Matc.az "Marka" nəşrinə istinadən xəbər verir ki, Benzama "Əl-Nəsr"ə keçən hücumçunun Səudiyyə Ərəbistanında xoşbəxt olduğunu bildirib. 
 
"ümid edirəm ki, o, qol vurmağa davam edəcək. Onunla bir yerdə çox oynamışam, amma dost olduğumuzu göstərmək üçün Ronaldo ilə  fotoya ehtiyacım yoxdur. Bizə sosial media üçün bu lazım deyil. Həqiqətən də ona salam verməyə vaxtım yox idi. Yəqin ki, İspaniya superkubokunun finalından sonra onunla görüşüb söhbət etmətə vaxtım olacaq".
 
Xatırladaq ki, "Real" – "Barselona" arasında İspaniya Superkuboku uğrunda final oyunu bu gün Əl-Riyaddakı "Kral Fəhd" stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
 
Turan

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest