İngiltərə Premyer Liqasının 20-ci turu çərçivəsində baş tutan "Mançester Siti" ilə oyun "Mançester Yunayted"in hücumçusu Markus Reşford üçün əlamətdar olub. Matc.az xəbər verir ki, o, bu görüşdə komandasının qələbə qolunu vurmaqla yanaşı, yeni rekorda da imza atıb.
 
Belə ki, 25 yaşlı futbolçu indiyədək yerli çempionatda 67 dəfə rəqib qapılarına yol tapıb. Markusun bu qollarından 27-si, yəni 40,3 faizi qələbə qolu olub. Belə göstərici Premyer Liqa tarixində 50 qoldan çox vurmuş futbolçular arasında rekord nəticədir.
 
Xatırladaq ki, "qırmızı şeytanlar" Mançester derbisindən 2:1 hesablı əzmkar qələbə ilə ayrılıblar. Bu qələbə sayəsində xal hesabını 38-ə çatdıran MY turnir cədvəlində 3-cü pilləyə yüksəlib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest