"Kadi Borges "Qarabağ" üçün ciddi itkidir". Matc.az xəbər verir ki, bunu "Sabah" klubunun baş məşqçisi Murad Musayev deyib. 
 
"Qarabağ"dan ayrılan braziliyalını Azərbaycan çempionatının ən güclü futbolçusu hesab edən Musayevin fikrincə, Kadi özünü ən yaxşı tərəfdən göstərməyi bacarıb: "Məncə, Kadi Azərbaycan liqasının ən güclü oyunçusudur. "Qarabağ"ın oyunlarında özünü mükəmməl göstərib və onun oyun tərzi "Krasnodar"a yaraşır".
 
Vaxtilə "Krasnodar"ın baş məşqçisi olmuş Musayev bildirib ki, Borges Rusiyada da öz gücünü göstərə biləcək.
 
Turan

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest