05 Mart 2019, 17:13
FUTBOL
"Benfika"nın yarımmüdafiəçisi Joao Feliş uğrunda mübarizə qızışır. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, daha bir Avropa nəhəngi 19 yaşlı oyunçu uğrunda yarışa qoşulub.
Belə ki, "Mançester Yunayted", "Barselona", "Real" və "Atletiko"dan sonra "Yuventus" da hücumameyilli futbolçunu transfer etmək niyyətindədi. Hətta rəqiblərini qabaqlayan "qoca sinyora" "Benfika"ya nə az, nə çox, düz 120 milyon avro təklif edib. Turinlilər qarşı tərəflə rəsmi danışıqlara start veriblər.
Qeyd edək ki, Joao Feliş ötən ildən "Benfika"da əsas komandanın formasını geyinir.