Vəkil idmançının bu hadisədən şoka düşdüyünü də sözlərinə əlavə edib: "Bu, hər kəs üçün kədərli xəbərdir".
Yamaykalı atlet Useyn Bolt böyük məbləğdə pulunu itirib. Matc.az "Blomberq"ə istinadən xəbər verir ki, bu barədə olimpiya çempionunun vəkili Linton Qordon açıqlama yayıb.
Onun sözlərinə görə, idmançının Kinqstonda yerləşən "Stocks and Securities Ltd" investisiya firmasındakı hesabından 12 milyon dollar yoxa çıxıb.
Bolta bu yaxınlarda hesabda cəmi 12.000 dolların qaldı barədə məlumat verilib. Hesab Boltun pensiya və ömür boyu əmanətlərinin bir hissəsi imiş. Vəkil idmançının bu hadisədən şoka düşdüyünü də sözlərinə əlavə edib: "Bu, hər kəs üçün kədərli xəbərdir".
Qordon baş verən hadisə ilə bağlı onunla və ya müştərisi ilə əlaqə saxlanılmadığını söyləyib.
Səkkiz qat olimpiya çempionu olan Bolt, 100 və 200 metr məsafələrə qaçışlarda dünya rekordlarına sahibdir. O, dünyanın ən sürətli adamı hesab olunur.
TURAN