06 Mart 2019, 13:16
FUTBOL
çempionlar Liqasının (çL) 1/8 final mərhələsində "Ayaks"la oyun "Real"ın hücumçusu Kərim Benzema üçün əlamətdar olub. Matc.az saytının məlumatına görə, komandasının məğlub olduğu görüşdə ulduz futbolçu Avropanın ən nüfuzlu turnirində 112-ci oyununu keçirib.
Benzema bununla çL-də ən çox oyunda meydana çıxan həmyerlisi Tyerri Anriyə çatıb. O, növbəti mövsüm daha bir qarşılaşmada meydana çıxsa, çempionlar Liqasında ən çox oyun keçirmiş fransalı kimi tarixə düşəcək.
Qeyd edək ki, Kərim Benzema çempionlar Liqasında ilk dəfə 2005-ci ildə "Lion"un heyətində oynayıb.