22 Yanvar 2023, 10:19
DİGƏR
Bir günlük fasilədən sonra şahmat üzrə Azərbaycan çempionatı davam etdirilib. Matc.az xəbər verir ki, 8-ci turda Vasif Durarbəyli Eltac Səfərli ilə heç-heçə edərək turnir cədvəlində birinciliyini qoruyub. Onun 6,5 xalı var.
Vüqar Əsədli və Məhəmməd Muradlı isə hərəyə 5,5 xalla ikinci yeri bölüşürlər.
Qeyd edək ki, çempionatda 20 şahmatçı iştirak edir. Onlardan dördü yarımfinalda mübarizəni davam etdirəcək.