Rusiya Premyer Liqasının ən yaxşı qış transferləri açıqlanıb. Matc.az saytı xəbər verir ki, 8 futbolçunun yer aldığı siyahıya "Qarabağ"ı "Krasnodar"a dəyişən Kadi Borges başçılıq edir.
 
Rusiya mətbuatı yanvarın 14-də "Krasnodar"la 3,5 illik müqavilə imzalayan braziliyalı yarımmüdafiəçinin Premyer Liqaya rəng qatacağını proqnozlaşdırıb. Hətta yazının başlığında Kadi "Azərbaycandan olan sehrbaz" kimi qələmə verilib: "Braziliyalı hücumameyilli yarımmüdafiəçi təkcə çempionatda deyil, avrokuboklarda da oynamağı bacarıb. O, bir il yarım ərzində 74 oyun keçirib, 28 qol vurub, eyni sayda məhsuldar ötürmə verib".
 
Qeyd edək ki, Kadi Borgesin "Krasnodar"a transferinin "Qarabağ"a 5 milyon avro qazanc gətirdiyi bildirilir.
 
TURAN 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest