Qadın futbolçular arasında Portuqaliya kubokunun 1/4 final mərhələsi çərçivəsində keçirilmiş "Benfika" – "Sportinq" matçında unikal hadisə baş verib. Matc.az xəbər verir ki, meydan sahiblərinin 5:0 hesabı ilə qalib gəldikləri bu oyunda baş hakim tarixdə ilk dəfə ağ vərəqə göstərib.

Belə ki, birinci hissənin sonunda oyunçulardan biri zədələnib. İki klubun həkimləri ona kömək etmək üçün meydana çıxıblar. Hakim onlara təşəkkür olaraq, ağ vərəqə göstərib. Stadiondakı azarkeşlər hakimin bu qərarını alqışlarla qarşılayıblar.

Qeyd edək ki, ağ vərəqə "sarı" və "qırmızı"dan fərqli olaraq, cəza tədbiri kimi tətbiq olunmayacaq. Bu, ədalətli oyuna hesablanan bir addımdır. FİFA-nın yeni ideyasının tezliklə digər böyük turnirlərdə də sınaqdan keçirilməsi gözlənilir.

TURAN

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest