Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu PSJ-nin və Fransa yığmasının ulduz vingeri Usman Dembelenin transferi ilə bağlı danışıqlara başlayıb.

Matc.az xəbər verir ki, bu barədə insayder Saşa Tavolyeri məlumat yayıb.

Bildirilir ki, Dembelenin ətrafı ilə ilk təmaslar artıq baş tutub. Əgər "Qızıl top"un son sahibi mümkün transferə razılıq versə, Səudiyyə Ərəbistanı təmsilçisi PSJ ilə rəsmi danışıqlara başlayacaq.

Fransa çempionu isə ulduz futbolçusunu buraxmaq istəmir və yaxın vaxtlarda ona yeni müqavilə təklif etməyi planlaşdırır. Oyunçunun hazırkı sözləşməsi 2028-ci ilin yayına qədərdir.

Qeyd edək ki, 29 yaşlı vinger ötən mövsüm PSJ-nin heyətində bütün turnirlərdə meydana çıxdığı 40 matçda 20 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest