"Arsenal" yarımmüdafiəçisi və kapitanı Martin Edeqorun transferi ilə bağlı təklifləri nəzərdən keçirməyə hazırdır. London klubu yüksək presinq və enerjili oyun üslubunu qoruyub saxlamaq məqsədilə meydanın mərkəzini yeni futbolçularla gücləndirməyə çalışır.
Matc.az xəbər verir ki, bu barədə "TEAMtalk" nəşri məlumat yayıb.
Bildirilir ki, "Arsenal" 75 milyon funt-sterlinq (87,7 milyon avro) məbləğində təklif gələcəyi təqdirdə 27 yaşlı oyunçunun satışını sürətləndirə bilər. Lakin hazırda heç bir komanda "topçular"a tələb olunan məbləği təklif etməyib.
Ötən mövsüm Edeqor bütün turnirlərdə 36 oyunda iştirak edib, 1 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. Oyunçunun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun bazar dəyəri 70 milyon avro təşkil edir.













