İtaliya Futbol Federasiyasının (FIGC) texniki direktoru Paolo Maldini İtaliya millisinin baş məşqçisi postuna təyinatla bağlı Karlo Ançelotti və Xosep Qvardiola ilə danışıqlar apardıqlarını bildirib.

Matc.az xəbər verir ki, bu barədə jurnalist və insayder Fabrisio Romano sosial şəbəkədə məlumat yayıb.

Bildirilir ki, Paolo Maldini "Biz Ançelotti və Qvardiola ilə əlaqə saxladıq. Dünyanın ən yaxşı məşqçilərinin İtaliya millisi ilə işləmək imkanlarının olub-olmadığını anlamaq üçün onlarla söhbətə başlamaq istədik" ifadələrini işlədib.

Ançelotti 2025-ci ilin may ayından Braziliya millisinə rəhbərlik edir. Onun rəhbərliyi altında komanda 2026-cı il dünya çempionatının 1/8 final mərhələsində Norveç yığmasına 1:2 hesabı ilə məğlub olub.

Qvardiola isə ötən mövsüm başa çatdıqdan sonra "Mançester Siti"nin baş məşqçisi postundan ayrılıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest