"Liverpul" cinah hücumçusu Vinisius Junioru 2027-ci ilin yayında, Madrid "Real"ı ilə müqaviləsi başa çatdıqdan sonra azad agent kimi heyətinə qatmaq variantını nəzərdən keçirir.

Matc.az xəbər verir ki, bu barədə "Actu Foot" nəşri jurnalist Ramon Alvares de Monun sosial şəbəkə hesabına istinadən məlumat yayıb.

Bildirilir ki, braziliyalı vingerin transferi uğrunda mübarizəyə PSJ və "Bavariya" da qoşula bilər. Vinisius karyerasını "Real"da davam etdirmək istəsə də, klubla yeni müqaviləsi barəsində razılığa gələ bilmir.

Hücumçu 2018-ci ilin yayından etibarən "Kral klubu"nda çıxış edir. Ötən mövsüm Vinisius bütün turnirlərdə 53 oyunda iştirak edib, 22 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalında yer alan məlumata görə, futbolçunun bazar dəyəri 140 milyon avro təşkil edir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest