"Çelsi"nin argentinalı vingeri Alexandro Qarnaço "Aston Villa"nın futbolçusu olub.

Matc.az xəbər verir ki, bu barədə Birmingem klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, söhbət müəyyən şərtlər yerinə yetirildiyi təqdirdə məcburi olacaq satınalma variantı ilə 2027-ci ilin yayına qədər olan icarədən gedir. İcarə haqqı nəzərə alınmaqla, Qarnaçonun "Aston Villa"ya ümumilikdə 50 milyon avroya başa gələ biləcəyi gözlənilir.

Ötən yay "Çelsi" 22 yaşlı argentinalını "Mançester Yunayted"dən 46,2 milyon avroya transfer edib. Lakin argentinalı bütün turnirlərdə keçirdiyi 43 oyunda cəmi 8 qol və 4 məhsuldar ötürmə ilə yadda qalaraq londonluların ümidlərini doğrultmayıb.

Qarnaçonun Argentina millisinin heyətində də 8 oyunu var, lakin o, Lionel Skaloninin komandasının 2026-cı il dünya çempionatı üçün ərizəsinə düşməyib. "Transfermarkt" hazırda oyunçunun dəyərini 28 milyon avro qiymətləndirir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest