"Mançester Siti"nin hücumçusu Serxio Aquero yenidən eşq həyatı yaşayır. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, argentinalı superulduz özünə yeni sevgili tapıb.

31 yaşlı futbolçu özündən 10 yaş kiçik britaniyalı model Teylor Uordla münasibətə başlayıb. Yeni sevgililər ötən həftəni bir yerdə keçiriblər.

Qeyd edək ki, 2008-2012-ci illərdə Dieqo Maradonanın qızı Canine ilə evli olan Serxio Aqueronun bir oğlu var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest