"Barselona"nın prezidenti Xosep Bartomeu PSJ-nin futbolçusu Neymarın kluba qaytarılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Matc.az saytının məlumatına görə, ESPN-ə danışan klub rəhbəri bu barədə dəqiq bir söz deməyib.

O, daha çox gənc oyunçulara meyillənəcəklərini vurulayıb: "Bu barədə "hə" və ya "yox" deyə bilmərəm. Yalnız onu deyə bilərəm ki, Neymarın satışından əldə etdiyimiz pulu gələcək üçün xərclədik və gənc futbolçular aldıq. Həmin vəsaitlə Dembele və Koutinyonu komandamıza cəlb etdik. Fikrimcə, Dembele Neymardan daha yaxşıdır. Əgər o "Barsa"dadırsa, deməli hamıdan yaxşıdır".

Qeyd edək ki, Neymar 2017-ci ildə Kataloniya klubundan Paris təmsilçisinə 222 milyon avroya transfer olunub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest