"Mayk dərhal mənə toxunmağa başladı və məni öpməyə çalışdı"

Məşhur boksçu Mayk Tayson yeni qalmaqalla üzləşib. Matc.az "Daily Mail"ə istinadən bildirir ki, ağır çəki dərəcəsində ən yaxşılardan biri kimi qəbul edilən amerikalı idmançı ikinci dəfə zorlamada ittiham olunub.

İddiaya görə, Tayson 1990-cı illərin əvvəllərində "Albany" gecə klubunda tanış olduğu qadını zorlayıb.

"Dostumu evindən götürmək üçün Taysonun limuzininə mindim. Mayk dərhal mənə toxunmağa başladı və məni öpməyə çalışdı. Ona bir neçə dəfə "yox" dedim və dayanmasını istədim, lakin hücum etməyə davam etdi. Sonra şalvarımı çıxarıb, məni vəhşicəsinə zorladı" – deyə, zərərçəkmiş bildirib.

Qeyd edək ki, Tayson 1992-ci ildə Desiree Vaşinqtonu zorlamaqda təqsirli bilinib və . il həbs cəzası çəkib.

 

XƏYAL

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest