Tanınmış mütəxəssis Brendan Rocersin evi qarət olunub. Matc.az saytının məlumatına görə, hazırda Premyer Liqa təmsilçisi "Lester"ə rəhbərlik edən Rocers oğruların hədəfinə tuş gəlib.

"Sky Sports"da gedən xəbərlərdə bildirilib ki, 46 yaşlı mütəxəssisin Şotlandiyanın Qlazqo şəhərindəki mənzilindən soyğunçular bir neçə qiymətli əşya aparıblar.

Hadisə ingiltərəli məşqçinin "Seltik"i tərk etməsindən bir həftə sonra baş verib. Polis insidentlə bağlı araşdırma aparır.

Qeyd edək ki, Brendan Rocers 2016-cı ildən 2019-cu ilə qədər "Seltik"ə rəhbərlik edib. O, fevralın sonunda "zolaqlılar"ı tərk edərək "Lester"in baş məşqçisi təyin olunub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest