Kataloniya Super Kuboku uğrunda oyun keçirilib. Matc.az saytının məlumatına görə, həlledici oyunda "Barselona" ilə "Jirona" üz-üzə gəlib.

Sabadeldə, "Estadi Municipal de la Nova Creu Alta" arenasında keçirilən görüş "Jirona"nın qələbəsi ilə yekunlaşıb. Yeganə qolu penalti zərbəsi ilə Stuani vurub.

Qeyd edək ki, 2014-cü ildən keçirilən yarışı 2 dəfə "Barselona", bir dəfə "Espanyol" qazanıb. "Jirona"nın isə bu, ilk qələbəsidir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest