Ukraynaya qarşı işğalçılıq müharibəsi aparan Rusiya simvollarının bu turnirdə nümayişi qadağandır. Rusiyalı tennisçilərə də ölkə və bayraq göstərilmədən neytral idmançı kimi yarışmağa icazə verilib.
Avstraliyada təşkil olunmuş tennis üzrə "Australian Open" turnirinin 1/4 final mərhələsi çərçivəsində serbiyalı Novak Cokoviçlə rusiyalı Andrey Rublyov arasında baş tutan görüşdən sonra 4 azarkeş həbs olunub. Matc.az xəbər verir ki, buna onların "Serbiya - Rusiya" şüarları səsləndirməsi, həmçinin Rusiya prezidenti Vladimir Putinin təsviri olan Rusiya bayrağını açmaları səbəb olub.
Ukraynaya qarşı işğalçılıq müharibəsi aparan Rusiya simvollarının bu turnirdə nümayişi qadağandır. Rusiyalı tennisçilərə də ölkə və bayraq göstərilmədən neytral idmançı kimi yarışmağa icazə verilib.
Polis tərəfindən saxlanılan fanatlardan biri, ABŞ pasportu da olan serb Zoran Pavloviç saxlanmasının təfərrüatlarını danışıb: "Mən dərhal onlara adımın Zoran olduğunu və "Z" hərfi olan köynəklərlə tanındığımı dedim. Onlara sənədləri göstərdim, polis nəzakətlə üzr istədi və məni buraxdı. ABŞ vətəndaşıyam, harada olmağımdan asılı olmayaraq, heç vaxt problemim olmayıb".
Xatırladaq ki, Cokoviç Rublyovu üç setdə üstələyib (6:1, 6:2, 6:4) və turnirin yarımfinalına yüksəlib. Serbiyalı idmançı yarımfinalda amerikalı Tommi Pol ilə görüşəcək.
TURAN