Rusiya və Belarus idmançıları Polşanın Krakov şəhərində keçiriləcək üçüncü Avropa Oyunlarına buraxılmayacaqlar. Matc.az xəbər verir ki, bu barədə Avropa Olimpiya Komitələri məlumat yayıb.
 
Xatırladaq ki, üçüncü Avropa Oyunları 9-25 iyunda keçiriləcək.
 
Rusiya qoşunları ötən il fevralın 24-də Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest