Gənclər və idman naziri Fərid Qayıbovun prezidenti olduğu Avropa Gimnastikasının İcraiyyə Komitəsinin növbəti iclası Bakıda keçiriləcək. Matc.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, yığıncaq bu il 22-23 mayda Azərbaycan paytaxtında təşkil olunacaq.
 
Bununla bağlı qərar EG-nin bu gün İsveçrənin Lozanna şəhərində baş tutan iclasında qəbul edilib.
 
Bakıdakı yığıncaqda müxtəlif nüfuzlu yarışlara ev sahibliyi edəcək ölkələrin adları təsdiqlənəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest