Misli Premyer Liqasında XX turun oyunları keçirilir. Matc.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutub.

Əvvəlcə son çempion və lider "Qarabağ" doğma meydanda "Şamaxı"nı sınağa çəkib. Oyun meydan sahiblərinin inamlı qələbəsiylə yekunlaşıb.

Günün digər matçı isə "Səbail"lə "Kəpəz" arasında baş tutub. Bu oyunda da meydan sahibləri 3 xala sevinən tərəf olub.

Xatırladaq ki, ilk oyun günündə "Sumqayıt" "Turan Tovuz"a 2:1 hesabıyla qalib gəlib. Sonuncu gündə "Qəbələ" "Sabah"ı, "Neftçi" isə "Zirə"ni qəbul edəcək.

Misli Premyer Liqası
XX tur
31 yanvar

"Qarabağ" – "Şamaxı" 3:1
Qol: M.Qurbanlı, 22. Q.Qarayev, 46. L.Andrade, 63 - B.Həziyev, 81.
Hakimlər: Kamranbəy Rəhimov, Zeynal Zeynalov, Zöhrab Abbasov, Emin Əliyev
Bakı. "Azersun Arena", 16:00.

Qarabağ: 89. Amin Ramazanov, 55. Bədavi Hüseynov, 2. Qara Qarayev (k), 77. Ramil Şeydayev, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 9. Musa Qurbanlı, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 8. Marko Yankoviç, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 20. Riçard Almeyda, 5. Maksim Medvedev, 4. Rahil Məmmədov, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 81. Kevin Medina, 87. Adama Diakabi, 99. Redon Cica.
Baş məşqçi: Qurban Qurbanov.
Şamaxı: 1. Rəşad Əzizli (k), 90. Əli Səmədov, 15. Emin Zamanov, 16. Fuad Bayramov, 5. Rəhman Daşdəmirov, 2. Rauf Hüseynli, 11. Kamran Quliyev, 22. Elçin Mustafayev, 83. Nihad Quliyev, 18. Cəlal Hüseynov, 79. Emil Qasımov.
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 99. Sahib Həsənov, 9. Amil Yunanov, 8. Kamal Mirzəyev, 17. Elçin Rəhimli, 27. İbrahim Aslanlı, 70. Bahadur Həziyev, 7. Asim Əlizadə, 21. Qurban Səfərov, 23. Rövşən Şahmuradov, 80. Zahid Mərdanov, 24. Edqar Adilxanov.
Baş məşqçi: Vüqar Əsgərli.

"Səbail" – "Kəpəz" 1:0
Qol: F.Mazurek, 77.
Hakimlər: Tural Qurbanov, Müslüm Əliyev, Kamran Bayramov, İnqilab Məmmədov
Bakı. "ASCO Arena", 18:30.

Səbail: 1. Emil Balayev (k), 2. Adil Nağıyev, 6. Cabir Əmirli, 8. Elmir Tağıyev, 11. Qoba Zakpa, 99. David Qomis, 30. Franko Mazurek, 21. Kizito Luvaqa, 5. Petro Stasyuk, 23. Qustavo de Fransa, 4. Maksim çex.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 25. Sadiq Məmmədzadə, 14. Rahid Əmirquliyev, 10. Ağabala Ramazanov, 9. Mirabdulla Abbasov, 15. Vüqar Həsənov, 17. Rafael Məhərrəmli, 55. Nihad Qurbanlı, 77. Ədilxan Qarəhmədov, 22. Samir Abdullayev, 20. Mirəli Əhmədov, 27. Emil Martinov.
Baş məşqçi: Şahin Diniyev.
Kəpəz: 71. Mario Mustapiç, 74. Yusif Nəbiyev (k), 77. Fərid Nəbiyev, 2. Zamiq Əliyev, 3. Abdulla Rzayev, 40. Ahmed Ayzaya, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko, 7. Giorgi Kantariya, 21. Martins Junior, 19. Abdullahi Şuaybu.
Ehtiyat oyunçular: 68. Orxan Sadıqlı, 8. Tural Axundov, 80. Tural Rzayev, 70. Nicat Süleymanov, 14. Elçin Əlicanov, 5. İdris İnqilablı, 27. Samir Məhərrəmli, 97. Nicat Məmmədov, 20. Mahir Həsənov, 44. Nihat Fərəci, 66. Arzu Atakişiyev.
Baş məşqçi: Tərlan Əhmədov.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest