Postsovet ölkələrinin ən bahalı futbolçuları bəlli olub. Matc.az Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, siyahıya hər ölkənin ən dəyərli oyunçusu salınıb.
 
Azərbaycanın ən bahalı futbolçusu 1,4 milyon avroluq dəyərlə "Neftçi"nin kapitanı Emin Mahmudovdu. Millimizin lideri postsovet məkanında hər ölkənin ən dəyərliləri sıralamasında 11-ci yerdədi. O, yalnız Litva, Qırğızıstan, Tacikistan və Türkmənistanın ən bahalı futbolçularını qabaqlayır.
 
1. Xviça Kvaratsxeliya (Gürcüstan). Klubu "Napoli"; Qiyməti 60 milyon avro
2. Mixail Mudrik (Ukrayna). Klubu "çelsi"; Qiyməti 40 milyon
3. Aleksandr Qolovin (Rusiya). Klubu "Monako"; Qiyməti 22 milyon
4. Eduard Spertsyan (Ermənistan). Klubu "Krasnodar"; Qiyməti 9 milyon
5. Eldor Şomurodov (özbəkistan). Klubu "Speziya"; Qiyməti 7 milyon
6. Bəxtiyor Zaynutdinov (Qazaxıstan). Klubu MOİK (Moskva); Qiyməti 5 milyon
7. Oleq Ryabçuk (Moldova). Klubu "Olimpiakos"; Qiyməti 4 milyon
8. Raymonds Krollis (Latviya). Klubu "Speziya"; Qiyməti 2,5 milyon
9-10. Vitali Lisakoviç (Belarus). Klubu "Rubin"; Qiyməti 1,5 milyon
9-10. Karl Heyn (Estoniya). Klubu "Arsenal"; Qiyməti 1,5 milyon
11. Emin Mahmudov (Azərbaycan). Klubu "Neftçi"; Qiyməti 1,4 milyon
12. Edqaras Utkus (Litva). Klubu "Serkl Brügge"; Qiyməti 800 min
13-14. Valeri Kiçin (Qırğızıstan). Klubu "Yenisey"; Qiyməti 750 min
13-14. Parvizcon Umarbayev (Tacikistan). Klubu MOİK 1948; Qiyməti 750 min
15. Raxat Japarov (Türkmənistan). Klubsuz; Qiyməti 250 min
 
TURAN
 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest