"Qarabağ"ın maraq dairəsində olan daha bir qapıçı müəyyənləşib. Matc.az saytının məlumatına görə, "Maribor"un qolkiperi Ajbe Yuq Azərbaycan çempionunun diqqət mərkəzinə düşüb.
 
Sloveniyanın gənclər millisinin sabiq oyunçusu ilə maraqlanan yeganə komanda "Qarabağ" deyil. Başda MLS klubları olmaqla, 31 yaşlı qolkiperin başqa təklifləri də var. Ancaq Yuqun Azərbaycana köçmək ehtimalı daha yüksək qiymətləndirilir. çünki Qurban Qurbanovun kollektivinin hər mövsüm çempionlar Liqasında çıxış etməsi və avrokubokların qrup mərhələlərində mübarizə aparması Ajbeyə cəlbedici gəlir.
 
Sloveniya klubu da onu satmağın əleyhinə deyil. "Maribor" rəhbərliyi qapıçısı üçün rəsmi təklif gözləyir. Qolkiper 2020-ci ildən hazırkı komandasında çıxış edir. 
 
Qeyd edək ki, Ajbe Yuqun "Maribor"la müqavilə müddəti 2024-cü ilin yayına qədərdi.
 
XƏYAL
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest